Sloveniya klubu Bakıda

09.07.2025

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sabah”la qarşılaşacaq Sloveniyanın “Selye” komandası Bakıya gəlib.

"Unikal" xəbər verir ki, bu barədə klubun rəsmi feysbuk hesabında “Hello, Azerbaijan” (Salam, Azərbaycan) başlığı ilə video paylaşılıb.

Qeyd edək ki, “Sabah”–“Selye” görüşü iyulun 10-da keçiriləcək. Cavab qarşılaşması isə bir həftə sonra səfərdə olacaq.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью