Sloveniya klubunun rəsmiləri “Qarabağ”ın qonağı oldu

14.12.2024

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sloveniyanın “Maribor” klubunun futbol direktoru Markos Tavares “Qarabağ”ın akademiyasının qonağı olub.

Futbolpress.az xəbər verir ki, Bakıda səfərdə olan Tavares “Sərhədçi” OİM-də Gənclər Liqası çərçivəsində keçirilən “Qarabağ” – “Turan” oyununu (6:1) izləyib. Uzun illər “Maribor” formasını geyinmiş və klubun əfsanəvi veteranlarından birinə çevrilmiş braziliyalı funksioner akademiyanın koordinatoru Aftandil Hacıyev və meneceri Nail Kərimovla, eləcə də məşqçilər korpusu ilə görüş zamanı iki ölkənin uşaq futbolu arasında paralellər aparıb, əməkdaşlıq təklifi irəli sürüb. Akademiya heyəti və futbolçuların qarşılıqlı təcrübə mübadiləsi proqramlarında iştirak etmələrinin mümkünlüyü və faydaları müzakirə olunub.

Tavares Kərimovla birlikdə Avropa Klublar Assosiasiyasının (ECA) uşaq-gənclər futbolunun inkişafı üzrə İşçi Qrupunun üzvüdür.

Əsas xəbərlər, Ölkə futbolu Hilyemark: “Qələbə qazanmasaydıq, şanslarımız xeyli azalacaqdı”

13 Dekabr 2024, 8:24

Əsas xəbərlər, Manşet, Ölkə futbolu Vacib oyunda itirilən xallar

13 Dekabr 2024, 8:01

Əsas xəbərlər, Ölkə futbolu Qurban Qurbanov: “Pozitiv düşünərək, önə baxmalıyıq”

13 Dekabr 2024, 2:42

Əsas xəbərlər, Ölkə futbolu “Qarabağ” məğlub oldu

13 Dekabr 2024, 1:55

Əsas xəbərlər, Ölkə futbolu İsveçdə heyətlər məlum oldu

12 Dekabr 2024, 22:53

Əsas xəbərlər, Manşet, Ölkə futbolu “Qarabağ”ın yaxşı oynayıb, qələbə qazanacağına inanıram”

12 Dekabr 2024, 19:05

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью