Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Sloveniyanın paytaxtı Lyublyana şəhərinin mərkəzində aparılan tikinti qazıntıları zamanı qədim Roma dövrünə aid nadir dəfn abidəsi tapılıb. Mütəxəssislərin bildirdiyinə görə, ölkə ərazisində indiyədək bu formalı və tipli antik monumеntə rast gəlinməyib.
Abidə müasir Lyublyananın yerində mövcud olmuş qədim Emona koloniyasını Çele şəhəri ilə birləşdirən tarixi yolun kənarındakı şimal qəbiristanlığında (nekroolda) aşkar edilib. Roma imperiyasında küçə kənarlarında qoyulan bu türbə və abidələr kübar ailələrin statusunu nümayiş etdirmək məqsədi daşıyırdı. Çox güman ki, daş monumеnt vaxtilə aşaraq yol kenarındakı arxa aşıb və bu səbəbdən günümüzədək çataraq yaxşı saxlanılıb.
Daş konstruksiya sındığı üçün bərpaçılar onu ərazidən qaldırmazdan əvvəl möhkəmləndirmə işləri aparırlar. Tikinti qrafikinin sıxlığına və yay istisinə baxmayaraq, tədqiqatlar davam edir. Abidə tam təmizləndikdən sonra onun üzərindəki yazılar, oyma bəzəklər və tam tarixi dəqiqləşdiriləcək.
Hazırladı:
Arzu Əliyeva
XQ