525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sloveniyanın 16 bölgəsində anomal istilər üzündən sudan istifadəyə müəyyən məhdudiyyətlər qoyulub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə müvafiq hökümət qurumlarının rəsmi səhifələrində məlumat yerləşdirilib.
Bundan sonra həmin bölgələrdə avtomobil yumaq, qazon və bağçaları suvarmaq, hovuzları doldurmaq qadağan olunub.
Qeyd edək ki, Dunay çayının qolu olan Sava və Dravada səviyyəsinin enməsi Sloveniyanı da bu addımı atmaq məcburiyyətində qoyub.
L.Tağıyeva