Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu sözləri "Slow Food International"ın (SFI) prezidenti Edvard Mukibi Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı, tabeliyindəki Turizm Bürosu və Milli Kulinariya Mərkəzinin, eləcə də SFI-nin əməkdaşlığı ilə Şəki şəhərindəki "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunda keçirilən "Terra Madre Shaki" qastronomiya festivalında dilə gətirib. O söyləyib ki, hazırkı tədbir yalnız başlanğıcdır.
"Məqsədimiz iki il ərzində Azərbaycanda regional "Terra Madre" tədbirinə ev sahibliyi etməkdir. Bu təşəbbüs "Terra Madre Torino"dan tutmuş Amerikaya və Asiya-Sakit okean regionunadək qlobal hərəkatın bir hissəsidir. "Slow Food" burada şəbəkəsini genişləndirəcək, biomüxtəlifliyin qorunmasına və aqroekologiyanın inkişafına fokuslanacaq", - Edvard Mukibi deyib.
SFI prezidenti diqqətə çatdırıb ki, layihə çərçivəsində "Slow Food Travel” həmçinin Lənkəran istiqamətində də marşrutlar həyata keçirəcək.
"Yerli aşpazlar və şərab istehsalçıları bu missiyanın əsas hissəsidir. Gəlin "Terra Madre Shaki"dən istifadə edərək ənənələrimizi yaşadaq, Azərbaycanın qidası, insanı və cəmiyyət üçün daha dayanıqlı gələcək quraq".
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. "Məqsədimiz iki il ərzində Azərbaycanda regional "Terra Madre" tədbirinə ev sahibliyi etməkdir. Bu təşəbbüs "Terra Madre Torino"dan tutmuş Amerikaya və Asiya-Sakit okean regionunadək qlobal hərəkatın bir hissəsidir. "Slow Food" burada şəbəkəsini genişləndirəcək, biomüxtəlifliyin qorunmasına və aqroekologiyanın inkişafına fokuslanacaq", - Edvard Mukibi deyib.