Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecində “Yaşıl və Ağıllı gələcək naminə İnnovasiyalar” şüarı ilə “SmarTech-I” innovasiya müsabiqəsinin final mərhələsi təşkil olunub.
Axar.az xəbər verir ki, müsabiqədə müxtəlif təhsil müəssisələrini təmsil edən komandalar hazırladıqları innovativ layihə və prototipləri təqdim ediblər.
Tədbirdə Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli və Sumqayıt Dövlət Texniki Kollecinin direktoru Əsmər Vəliyeva iştirak və çıxış ediblər.
Final mərhələsində iştirakçıların təqdim etdiyi layihələr innovativlik, praktiki əhəmiyyət, texnoloji həll və təqdimat bacarığı meyarları əsasında münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Tədbirin sonunda fərqlənən komandalar mükafatlandırılıb.