Smartfon asılılığından necə qurtulmaq olar?

03.08.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Smartfonlardan həddindən artıq istifadə insanlarda asılılıq yarada bilər.

Redaktor.az xəbər verir ki, psixoloq Nikolas Kardaras “Yahoo”ya müsahibəsində smartfon asılılığını göstərən əsas əlamətləri açıqlayıb.

Mütəxəssis bildirib ki, telefondan uzaq qalanda panika və narahatlıq hiss etmək asılılığın göstəricilərindən biri ola bilər.

Onun sözlərinə görə, zəng gələn kimi və ya səhər yuxudan oyanan kimi telefondan istifadə etmək üçün güclü istək yaranması da diqqət edilməli əlamətlərdəndir. Cibdə telefon olmadığı halda onun titrədiyini hiss etmək də smartfon asılılığının göstəricisi ola bilər.

Kardaras həmçinin çatbotlara və süni intellekt alətlərinə həddindən artıq güvənməyin insanın müstəqil düşünmə qabiliyyətinə mənfi təsir göstərə biləcəyini bildirib.

Psixoloq asılılıqdan uzaqlaşmaq üçün ən azı bir gün telefondan tamamilə istifadə etməməyi tövsiyə edib.

Onun fikrincə, bu müddətdə sosial şəbəkələrdə vaxt keçirmək əvəzinə gəzmək, dostlarla ünsiyyətdə olmaq və telefondan kənar fəaliyyətlərlə məşğul olmaq daha faydalıdır.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью