Smartfon batareyasının boşalmasını ləngitməyin çox sadə yolu

29.01.2026

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Google-un araşdırması və 4PDA portalının redaksiyasının təcrübəsi göstərib ki, Android smartfonlarda tünd mövzudan istifadə batareya enerjisinə qənaət etməyə kömək edir.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, "Google"un araşdırması sübut edib ki, OLED ekranlı smartfonlarda tünd mövzu batareya sərfiyyatını 15 faizdən 63 faizə qədər azalda bilər. Lakin IPS matrisalı cihazlarda tünd mövzu enerji səmərəliliyinə heç bir təsir göstərmir.

Alimlər həmçinin tünd mövzunun batareyaya faydası ilə bağlı yayılmış mifi təsdiqləməyə və ya təkzib etməyə çalışıblar. Məsələn, ABŞ-ın Perdyu Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, tünd mövzu yalnız ekran parlaqlığı 50 faizdən yuxarı olduqda batareya enerjisinə qənaət edir. Əks halda, effektivlik cəmi 3 faizə qədər azalır.

4PDA saytının redaksiyasının OLED ekranlı Vivo V21 smartfonu üzərində apardığı təcrübə də göstərib ki, tünd mövzu ən çox maksimal parlaqlıqda effektiv olur. Bundan əlavə, enerji sərfiyyatındakı fərq istifadə olunan tətbiqdən də asılıdır. Məsələn, YouTube tətbiqində tünd mövzu sayəsində enerji sərfiyyatını iki dəfədən çox azaltmaq mümkün olub.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью