Smartfonlar bahalaşacaq Rusiya bazarı üçün daha bir “şad xəbər”

30.01.2026

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çin smartfon istehsalçıları fevral ayında Rusiya pərakəndə satış şirkətlərinə məhsullarının qiymətində 10-30% artım olacağı barədə bildirişlər göndəriblər. 

“AzPolitika” xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb.

Məlumatda deyilir ki, ən nəzərəçarpan dəyişikliklər orta və yüksək qiymət seqmentlərində, eləcə də yaddaş həcmi artırılmış modellərdə gözlənilir. Yeni qiymətlərlə smartfonlar satışa mart və ya aprel aylarında çıxacaq.

Rusiyada ƏDV-nin artması, texnologiya rüsumunun tətbiqi və digər səbəblərdən smartfonların bütün 2026-cı il ərzində bahalaşacağı gözlənilir. Eləcə də rubl-dollar məzənnəsinin və Mərkəzi Bankın əsas faiz dərəcəsinin qiymətlərə təsiri qaçılmaz olacaq.

Bu arada İT şirkəti proqnozlaşdırır ki, ilin birinci yarısında smartfon qiymətləri 30%-dən çox, bəzi seqmentlərdə isə 50% artacaq.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью