Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“MakeUseOf” Android smartfonlarının hətta yeni olduqda belə yavaşlamasına səbəb olan amilləri açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, mütəxəssislərin fikrincə, ilk növbədə telefonun yaddaşında kifayət qədər boş yer saxlamaq lazımdır.
Cihaz yaddaşın 10 faizindən az hissəsinin boş qaldığını xəbərdar edirsə, lazımsız faylları və tətbiqləri silmək tövsiyə olunur.
Digər səbəb zəif optimallaşdırılmış tətbiqlərin fon rejimində daim resurslardan istifadə etməsidir. Bunun qarşısını almaq üçün “Batareya” bölməsindən tətbiqlərin enerji sərfiyyatını yoxlamaq və ehtiyac olmadıqda onların arxa planda işləməsini məhdudlaşdırmaq olar.
Mütəxəssislər həmçinin virtual RAM funksiyasını deaktiv etməyi məsləhət görür. “RAM Plus” və “Memory Extension” kimi funksiyalar daxili yaddaşın bir hissəsini operativ yaddaş kimi istifadə edir ki, bu da bəzi hallarda telefonun işinə mənfi təsir göstərə bilər.
Bundan başqa, enerjiyə qənaət rejiminin daim aktiv saxlanılması da performansı azalda bilər. Bu rejim prosessorun iş gücünü məhdudlaşdırır.
Telefonun daha sürətli işləməsi üçün sistem animasiyalarını azaltmaq da mümkündür. Bunun üçün geliştirici rejimini aktivləşdirərək animasiya müddətini 1x-dən 0,5x-ə endirmək tövsiyə olunur.
Murad İsmayıl