Smartfonların övladları na kitabı necə sevdirək? Mətanət Vahid | Icma.az
Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq. Kulis.az Mətanət Vahidin yeni yazısını təqdim edir.
İndi uşaq ədəbiyyatı oxucuları Alfa nəsli uşaqlarıdır, onları metaforik olaraq "smartfonların övladları" da adlandırırlar.
Alfa nəslinin ən böyüyü hələ yeniyetmədir və sirr deyil ki, onlar bir çox cəhətləri ilə özlərindən əvvəlki nəsillərdən fərqlənən "xüsusi" uşaqlardır.
Məktəbə, dərsliyə, ümumiyyətlə kitaba münasibətləri nəinki birmənalı deyil, əksəriyyəti süni intellektin hökmran olduğu bu dünyada nəyisə kağızdan oxumağı gerilik əlaməti sayır.
Yəqin ki, uşaq yazarları ədəbiyyatı məhz indiki nəslin yalnız onlara xas olan bu cəhətlərini nəzərə alaraq yaratmalıdırlar.
Bu isə müəllifdən daha böyük məsuliyyət tələb edir. İndiki uşaq və yeniyetmələr bir linkdən başqasına sürəkli keçid edən "araşdırıcı"lardır.
Əlindəki qacetin ekranından gün ərzində onlarca məlumat əldə edə bilərək dünyagörüşünü formalaşdıra bilir.
Kitab oxumadıqları üçün onlar heç də geridüşüncəli və ya savadsız deyillər, sadəcə, məlumat əldəetmə üsulları fərqlidir.
Tam oxu
Xəbəri oxu