Smartfonun səs düymələrinin gizli funksiyaları AÇIQLADI

06.07.2026

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bir çox istifadəçi smartfonda səs düymələrinin yalnız səs səviyyəsini artırıb-azaltmaq üçün olduğunu düşünür. Halbuki bu düymələr bir sıra əlavə funksiyaları da yerinə yetirə bilir.

Redaktor.az bu haqda xarici mediaya istinadla xəbər verir.

Mütəxəssislərin sözlərinə görə, telefonun kamera tətbiqində səs düymələrindən istifadə edərək şəkil çəkmək mümkündür. Bu üsul xüsusilə selfi və ya uzaqdan çəkiliş zamanı rahatlıq yaradır.

Səs düymələri həmçinin daxil olan zəngi səssiz rejimə keçirməyə imkan verir. Eyni üsulla zəngli saatı da mürgü (snooze) rejiminə keçirmək olar. Bu funksiya xüsusilə iclas və ya digər sakit mühitlərdə telefonu tez bir zamanda səssizləşdirmək üçün faydalıdır.

Bundan əlavə, bəzi smartfon modellərində səs düymələrinə fərqli funksiyalar təyin etmək mümkündür. İstifadəçilər bu düymələr vasitəsilə müəyyən tətbiqləri işə sala və ya ekran görüntüsü çəkə bilərlər.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью