Smartfonunuzu uzun müddət yandırmasanız, nə baş verir?

30.05.2026

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yeni smartfon aldıqdan sonra bir çox istifadəçi köhnə cihazını satmır, onu ehtiyat variant kimi saxlayır. Lakin belə hallarda çoxlarının nəzərə almadığı vacib bir sual ortaya çıxır: smartfon aylarla və ya illərlə söndürülmüş vəziyyətdə qaldıqda onunla nə baş verir?
Demokrat.az-
ın BGR nəşrinə istinadən məlumatına görə, ekspertləri xəbərdarlıq edirlər ki, smartfonun uzun müddət açılmaması ilk baxışda göründüyündən daha ciddi problemlərə səbəb ola bilər.
Müasir smartfonların əksəriyyətində litium-ion batareyalar istifadə olunur. Bu batareyalar adətən bir neçə yüz, bəzi hallarda isə təxminən 1000 enerji doldurma dövrü üçün nəzərdə tutulub. Vaxt keçdikcə onların tutumu azalır. Lakin daha vacib məqam ondan ibarətdir ki, cihazın uzun müddət tam boşalmış vəziyyətdə qalması batareyanın daha sürətli sıradan çıxmasına səbəb ola bilər.
Bəzi hallarda uzun müddət istifadə edilməyən telefon sonradan ümumiyyətlə normal şəkildə enerji qəbul etməyə bilər.
Əsas risk – batareyanın zədələnməsi və şişməsi
Smartfon uzun müddət tam boşalmış vəziyyətdə saxlanıldıqda batareya daxilində kimyəvi proseslər davam edir. Bu proseslər qazın toplanmasına səbəb ola bilər ki, nəticədə batareya şişir.
Şişmiş batareya artıq enerji elementinin zədələndiyini göstərən təhlükəli əlamət hesab olunur. Belə vəziyyətdə smartfondan istifadə etmək olmaz və cihazın batareyası müvafiq servis mərkəzində təhlükəsiz şəkildə utilizasiya edilməlidir.
Uzun müddət istifadəsiz qaldıqdan sonra telefon açılmırsa, problem təkcə batareyadan qaynaqlanmaya da bilər. Bəzən səbəb enerji kabeli, adapter və ya şarj portunda yaranan nasazlıq olur.
Mütəxəssislərin sözlərinə görə, bəzi hallarda batareyanı yenidən işlək vəziyyətə qaytarmaq mümkündür. Lakin bunun mümkün olub-olmaması onun texniki vəziyyətindən asılıdır.
Jalə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью