Şmeyxel 40 yaşına kimi klubunda qalacaq

22.01.2025

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Seltik" mövsümün sonunda müqaviləsi başa çatan Kasper Şmeyxellə bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, Şotlandiya təmsilçisi 38 yaşlı qolkiperin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Danimarkalı qapıçı 2026-cı ilin yayına kimi "ağ-yaşıllar"ın uğurları üçün çalışacaq.

Qeyd edək ki, Kasper Şmeyxel mövsümün əvvəlində "Seltik"ə kelib. Təcrübəli "əlcək sahibi" komandanın heyətində 34 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью