Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turu çərçivəsində sabah Bakıda "Qarabağ"la üz-üzə gələcək Almaniyanın "Ayntraxt" klubunda baş məşqçinin səlahiyyətlərini icra edən Dennis Şmitt oyundan öncə təşkil edilən mətbuat konfransında fikurlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, belə danışıb: "Yaxşı oyun sərgiləyə bilərik. Sabahkı matça tam köklənmişik.
Düşünürəm ki, əlimizə düşən fürsətlərdən yararlanmalıyıq. Bakıda hücum futbolu oynamağa da hazırıq.
"Qarabağ"la oyunda qazanılacaq xallar bizim üçün olduqca önəmlidir. Müdafiə haqqında çox düşünməyəcəyik.
Turnirdə mübarizəni davam etdirmək üçün yaxşı şansımız var". Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" matçı yanvarın 21-də baş tutacaq.
Start fiti saat 21:45-də səsləndiriləcək görüş Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.
Abunə Ol Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.