SN: 6 ayından sonra körpələr mütləq vaksin edilməlidir

08.10.2025

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Səhiyyə Nazirliyi Azərbaycana gətirilən vaksinin ölkəmizdə geniş tətbiqinə başlanılacaq.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin eksperti, terapevt Zakir Quliyev deyib.

O bildirib: "Bu vaksinin təhlükəsizliyinə Dünya Səhiyyə Təşkilatı (DST) zəmanət verib. O, Fransada istehsal edilib və dünyada ən çox istifadə edilən vaksindir. Valideynlər tam əmin şəkildə körpələrini vaksin etdirə bilərlər. Xüsusən, 6 ayından sonra körpələr mütləq vaksin edilməlidir. Uşaqlarda xəstəliyin ağır gedişi, hətta pnevmoniya müşahidə edilir. Uşaqların immun sistemi tam formalaşmadığı üçün qripə tez yoluxur. 6 ayından etibarən uşaqlara vaksin vurulması tövsiyə olunur". Marqarita pizza

Zakir Quliyev qeyd edib ki, xəstəlik zamanı qrip əleyhinə peyvənd vurdurmaq tövsiyə olunmur:

“Xəstəlik tam sağalıb simptomlar gedəndən sonra vaksin vurdurmaq olar. Bu günə qədər vaksinlərdən ciddi əks-təsir aşkarlanmayıb. Yüngül təsirlər - qızartı, temperatur və s. ola bilir. Bundan əlavə, allergiyası, xüsusən də yumurtaya qarşı allergiyası olan insanlara qrip əleyhinə vaksin vurdurmaq tövsiyə edilmir”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью