SN nin Analitik Ekspertiza Mərkəzi 38 aptekdə planlı yoxlama keçirib

04.06.2025

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi may ayında 38 aptekdə planlı yoxlama keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2025-ci ilin may ayı ərzində, Bakı şəhəri üzrə 12, respublikanın digər şəhər və rayonlarında isə 26 aptek olmaqla, ümumilikdə 38 aptek planlı təftiş olunub.

Yoxlamalar zamanı 4 aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью