Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” səhifəsində növbəti canlı yayım qrip və peyvənd haqqında olacaq.
Bakıvaxtı.az xəbər verir ki, canlı yayımın qonağı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyevdir.
"Yayım ərzində mövzu ilə bağlı sizi maraqlandıran sualları şərh bölməsinə qeyd edə və ya canlı yayımda Zakir bəyə ünvanlaya bilərsiniz",- məlumatda deyilir.