Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində növbəti canlı yayım “Həkim və pasiyent – sağlamlıq yolunda birgə addım” mövzusuna həsr olunacaq.
Bakıvaxtı.az xəbər verir ki, canlı yayımın qonağı Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov olacaq.
Yayım zamanı psixoloji sağlamlıq, həkim-pasiyent münasibətləri və mövzu ilə bağlı digər aktual suallar müzakirə ediləcək.
İzləyicilər canlı yayım zamanı onları maraqlandıran sualları şərh bölməsinə yaza və ya birbaşa Rövşən Nəcəfova ünvanlaya biləcəklər.