Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” səhifəsində növbəti canlı yayımımız kosmetik məhsullara gigiyenik sertifikatın verilməsi haqqında olacaq.
Bakıvaxtı.az xəbər verir ki, canlı yayımın qonağı Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinin Sanitariya-Gigiyena nəzarəti və ekspertiza şöbəsinin həkim-gigiyenisti Orxan İsmayılovdur.
Yayım ərzində mövzu ilə bağlı sizi maraqlandıran sualları şərh bölməsinə qeyd edə və ya canlı yayımda Orxan bəyə ünvanlaya bilərsiniz.