Snayper hazırlığı kursu başa çatıb

26.09.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Polşa və Rumıniya silahlı qüvvələrinin hərbi qulluqçuları Gürcüstan Müdafiə Nazirliyinin hərbi məktəblərində “Snayper hazırlığı” kursunu başa vurublar.

Bu barədə “Cebheinfo.az” “Georgia Online” xəbər portalına istinadən məlumat verir.

Bildirilir ki, iki həftə ərzində kursantlar çətin relyef şəraitində müxtəlif məsafələrdən atış təlimləri keçirib və uzaq məsafədən dəqiq atəş açmaq bacarıqlarını təkmilləşdiriblər.

Qeyd olunur ki, təlimlərin yekun mərhələsi “Muxrovani” poliqonunda keçirilib, burada hərbi qulluqçular müxtəlif məsafələrdən snayper tüfəngləri ilə atışlar həyata keçiriblər.

Əhməd 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью