Snayperçimizdən Almaniyada növbəti uğur

26.01.2025

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Atıcımız H&N kubokunda növbəti uğuruna imza atıb. Sport24.az xəbər verir ki, Vladislav Kalmıkov Almaniyanın Münhen şəhərində keçirilən oğlanlar arasında pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma (start-2) yarışında 575 xalla final mərhələsinə yüksəlib.

Kalmıkov final mərhələsində isə 236.0 xal toplayaraq gümüş medal qazanıb. O, bir gün əvvəl bürünc medal əldə edib.

Qeyd edək ki, yanvarın 21-də start götürən turnir bu gün başa çatacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью