Snayperlərimiz ilə start verəcək

04.01.2025

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Atıcılıq üzrə Azərbaycan milli komandasının 2025-ci il üçün ilk heyəti açıqlanıb.

Apasport.az xəbər verir ki, snayperlərimiz ilin ilk sınağına Sloveniyada çıxacaq.

Təmsilçilərimiz Ruse şəhərində təşkil olunacaq 10 m məsafədən atəşaçma üzrə İSSF Qran-prisində mübarizə aparacaqlar. Millimizi yanvarın 7-12-də keçiriləcək yarışda 5 atıcı təmsil edəcək.

Tapança ilə atəş açanlarımız həm fərdi, həm qarışıq komanda yarışlarına qatılacaqlar. Xanna Əliyeva ilə Nigar Nəsirova, Ruslan Lunyovla Vladislav Kalmıkov iki növdə dəqiqliklərini yoxlayacaqlar. Ramiz Xəlilovla Üzeyir Tapdıqlı isə tüfənglə fərdi yarışda çıxış edəcək.

Qeyd edək ki, yarış üçün 20 ölkədən 142 snayper sifariş olunub.

Axundova və Əliyevadan uğursuz start Montsa "Formula-1"ə ev sahibliyi etməyə davam edəcək Nadal qolf yarışında 8-ci olub Altıqat olimpiya çempionu karyerasını bitirib Atıcımız Serbiyada gümüş medal qazanıb
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью