SNnin rəsmi instaqram səhifəsində növbəti canlı yayım olacaq

15.01.2025

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində növbəti canlı yayımımız sağlam qidalanma və immunitet haqqında olacaq. 

Qonağımız Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyevdir.

Sizi maraqlandıran sualları şərh bölməsinə qeyd edə və ya canlı yayımda Zakir müəllimə ünvanlaya bilərsiniz. 

Canlı yayım 15 yanvar, saat 15:00-da Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında (https://www.instagram.com/sehiyyegovaz/) baş tutacaq. 

Yayımın moderatoru Səhiyyə Nazirliyinin nümayəndəsi Nigar Adildir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью