Snup Doqqun 9 aylıq nəvəsi vəfat edib

01.02.2026

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məşhur amerikalı reper Snoup Doqqun qızı Cori Broadus 10 aylıq qızı Codi Dreauksunu itirib.

Axşam.az xəbər verir ki, bu haqda 26 yaşlı Cori özü məlumat yayıb. O, körpəsini qucağında saxladığı fotoşəkli yayımlayaraq “Bazar ertəsi həyatımın sevgisini itirdim. Mənim Codim” sözlərini qeyd edib.

Corinin nişanlısı Uayne Deus da sosial şəbəkədə paylaşım edərək qızının vəfatı ilə bağlı kədərini ifadə edib. O, “Sən məni tərk edəndən bəri çox kədərliyəm, Codi Dreauks. Amma bilirəm ki, sən rahatlıq tapmısan. Ata səni hər zaman sevəcək” sözlərini yazıb.

Qeyd edək ki, Snup Doqqun ən kiçik övladı və yeganə qızı olan Cori daha əvvəl sosial şəbəkədə etdiyi paylaşımda körpəsinin vaxtından üç ay əvvəl dünyaya gəldiyini açıqlamışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью