Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sobada bişmiş badımcan, təzə tərəvəzlər, ətirli göyərti və yüngül sousla hazırlanan bu salat həm dadlı, həm də faydalıdır. Onu ayrıca qəlyanaltı kimi, yaxud ət və balıq yeməklərinin yanında təqdim etmək olar.
Lent.az bu resepti təqdim edir:
Lazım olan ərzaqlar:
Badımcan - 500 qram
Bolqar bibəri - 1 ədəd
Pomidor - 2 ədəd
Qırmızı soğan - 1 ədəd
Sarımsaq - 3 diş
Çili bibəri - yarım ədəd
Təzə keşniş - zövqə görə
Sous üçün:
Zeytun yağı - 3 xörək qaşığı
Limon suyu - 2 xörək qaşığı
Şəkər - 1 xörək qaşığı
Duz - zövqə görə
Hazırlanması
Badımcanları təxminən 1 santimetr qalınlığında dairəvi şəkildə doğrayın. Perqament kağızı sərilmiş soba listinə düzün, üzərinə bir qədər zeytun yağı gəzdirin və 200 dərəcə temperaturda 15-18 dəqiqə bişirin. Sobadan çıxardıqdan sonra badımcanları soyudun və zolaqlar şəklində doğrayın. Bolqar bibərinin saplağını və toxumlarını təmizləyib nazik zolaqlar şəklində doğrayın.
Pomidorları əvvəlcə iki yerə bölün, sonra dilimləyin. Soğan və sarımsağı təmizləyin. Soğanı yarımhalqa şəklində doğrayın, sarımsağı isə xırda sürtgəcdən keçirin. Çili bibərini xırda-xırda doğrayın, keşnişi isə incə şəkildə doğrayın.
Sous hazırlamaq üçün bir qaba sarımsaq, çili bibəri və keşniş əlavə edin. Üzərinə limon suyu və zeytun yağı tökün, şəkər və duz əlavə edib yaxşıca qarışdırın. Sousu 10-15 dəqiqə saxlayın ki, dadlar bir-birinə qarışsın. Salat qabına badımcan, bolqar bibəri, pomidor və soğanı əlavə edin.
Hazırladığınız sousu üzərinə töküb tərəvəzləri əzmədən ehtiyatla qarışdırın. Salatı həm ilıq, həm də soyudulmuş şəkildə süfrəyə vermək olar.
Nuş olsun!