Şöbə müdiri: Uşaqlar məruz qaldığı bullinq barədə çox vaxt valideynlərinə də danışmaq istəmir AZƏRTAC

02.12.2024

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 2 dekabr, AZƏRTAC

Bullinqə təsir qalan uşaq məktəbə getmək istəmir və bu da onun təhsilinə də təsir göstərir. Uşaqlar məruz qaldığı bullinq barədə çox vaxt valideynlərinə də danışmaq istəmir.

AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin sədri Taliyə İbrahimova "Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinq" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, professional və vahid yanaşma olmasa, bu problemi həll etmək mümkün olmayacaq: "Dünya miqyasında bullinq artıq sosial-psixoloji problem kimi qiymətləndirilir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью