Şöbə müdiri xəstəxanada ad günü keçirdi İşdən qovuldu

12.06.2025

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sabunçu Tibb Mərkəzinin Psixosomatika şöbəsinin müdiri Vüqar Qazıyev işdən çıxarılıb.

“Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov Əmr imzalayıb.

V. Qazıyevin bir müddət əvvəl Sabunçu Tibb Mərkəzində ad günü şənliyi keçirdiyi, bundan sonra tibb müəssisəsində qalmaqal yarandığı iddia olunur.

Onunla birlikdə təsərrüfat işçisi və baş tibb bacısının da işdən qovulduğu bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью