Sobyanin Moskvaya yaxınlaşan dörd PUA nın məhv edildiyini bildirib | Icma.az
Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə sistemləri Moskvaya hücum etməyə cəhd edən 4 pilotsuz uçuş aparatını (PUA) aşkar edərək məhv edib.
Bizimyol.info xəbər verir ki, bu barədə paytaxtın meri Sergey Sobyanin öz Telegram kanalında məlumat verib.
"Fövqəladə xilasetmə xidmətləri pilotsuz uçan aparat parçalarının düşdüyü yerlərdə işləyir", - deyə Sobyanin saat 00:33-də Moskva bölgəsinə yaxınlaşan PUA-nın məhv edildiyini yazıb.
Ötən axşam bir neçə saat ərzində hava hücumundan müdafiə qüvvələri səkkiz regionun səmasında Ukraynaya məxsus 82 pilotsuz təyyarəni məhv etdiyini bildirib.
"Müdafiə Nazirliyinin məlumatına görə, hücumlar iyunun 6-da Moskva vaxtı ilə saat 14:30-dan gecə yarısına qədər dəf edilib.
Hücum edilən bölgələr arasında beş pilotsuz təyyarənin vurulduğu Moskva şəhəri və Moskva vilayəti də var.
Bundan əvvəl Engelsdə yaşayış binasının üzərinə pilotsuz təyyarənin fraqmentləri düşüb", - deyə məlumatda qeyd edilir.
Tam oxu
Xəbəri oxu