Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) filialı olan“SOCAR Midstream Gas Operations LLC”də təyinat olub.
Ölkə.Az-ın məlumatına görə, Cəmilə Əliyeva şirkətdə Planlaşdırma, performans və büdcə meneceri vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, C.Əliyeva Azərbaycan Dövlət İqtisad Universiteti biznes/idarəetmə iqtisadiyyatı üzrə bakalavr təhsili alıb. O, həmçinin Şeffild Universitetində biznes idarəetmə üzrə magistr təhsili alıb.
O, 2024-2024-cü illərdə “SOCAR Downstream”də ERP (maliyyə) üzrə supervisor vəzifəsində çalışıb.
Xatırladaq ki, "SOCAR Midstream Gas Operations" MMC 2025-ci ilin aprel ayında Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) filialı kimi təsis edilib.
Billurə