SOCAR ABŞ şirkəti ilə rəqəmsallaşma sahəsində əməkdaşlıq imkanını araşdırır Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

12.11.2024

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABŞ-nin CISCO şirkəti ilə rəqəmsallaşma sahəsində əməkdaşlıq imkanlarını araşdırır.

AZXEBER.COM xəbər verir ki, bunu SOCAR prezidenti Rövşən Nəcəf "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Şirkət rəhbəri qeyd edib ki, bu gün CISCO-nun baş vitse-prezidenti və davamlı inkişaf üzrə baş direktoru Meri De Vısotski (Mary De Wysocki) ilə görüşüb: "Görüşdə biz şəbəkə infrastrukturu, kibertəhlükəsizlik və avtomatlaşdırmaya diqqət yetirərək rəqəmsallaşma sahəsində əməkdaşlıq imkanlarını araşdırdıq. Biz CISCO-nun qabaqcıl IT həllərindən istifadənin enerji dəyər zəncirində əməliyyatların rəqəmsal transformasiyasına, səmərəliliyin və təhlükəsizliyin artırılmasına necə kömək edə biləcəyini müzakirə etdik".

R.Nəcəf qeyd edib ki, bu tərəfdaşlıq enerji idarəçiliyini optimallaşdırmaq və daha dayanıqlı və möhkəm gələcəyə töhfə vermək üçün innovativ texnologiyaların daxil edilməsi üzrə davam edən səylərə uyğundur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью