SOCAR ABŞ şirkəti ilə yataqların işlənmə planının optimallaşdırılmasını müzakirə edib AZƏRTAC

26.11.2024

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “DeGolyer and MacNaughton” şirkətinin sədri və baş icraçı direktoru Con Vallas ilə görüşüb.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, görüşdə SOCAR ilə “DeGolyer and MacNaughton” şirkəti arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Tərəflər yataqların işlənmə planının optimallaşdırılması, ehtiyatların dəqiqləşdirilməsi, inteqrasiya olunmuş modellərin hazırlanması istiqamətləri üzrə görülən işləri nəzərdən keçirib və qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən geotermal enerji, karbonun tutulması və saxlanılması (CCUS) barədə fikir mübadiləsi aparıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью