SOCAR AÇG layihəsində daha böyük pay sahibi oldu

03.08.2026

Icma.az, Azvision portalına istinadən məlumat verir.

Şirkətdən bildirilib ki, alqı-satqıya dair müvafiq sənədlər imzalanıb və əməliyyat qanunvericiliyin tələblərinə, SOCAR-ın daxili normativ qaydalarına, eləcə də müqavilə üzrə tənzimləyici öhdəliklərə uyğun şəkildə həyata keçirilib.
Bu sövdələşmədən əvvəl ITOCHU AÇG layihəsində 3,65 faiz paya malik idi. Nəticədə SOCAR-ın layihədəki iştirak payı 31,65 faizdən 35,3 faizə yüksəlib.
SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib ki, AÇG layihəsi uzun illərdir Azərbaycanın və regionun enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Onun sözlərinə görə, cari ildə AÇG yataqlar blokundan ilk sərbəst təbii qaz hasilatına başlanılması layihənin gələcək inkişafı və Azərbaycanın qaz potensialının artırılması baxımından yeni imkanlar yaradır.
R.Nəcəf, həmçinin, AÇG layihəsində uzun illər səmərəli tərəfdaşlığa görə ITOCHU korporasiyasına təşəkkür edib və əməkdaşlığın bundan sonra da yüksək əməliyyat standartları və qarşılıqlı etimad əsasında davam edəcəyinə əminliyini ifadə edib.
ITOCHU korporasiyasının baş əməliyyat direktoru və Enerji və Enerji Həlləri Bölməsinin baş icraçı direktoru Tetsuya Yamada isə bildirib ki, şirkət 1996-cı ildə Azərbaycana investisiya yatıran ilk Yaponiya şirkəti olub və son üç onillik ərzində SOCAR-la güclü tərəfdaşlıq münasibətləri formalaşdırıb.
Onun sözlərinə görə, AÇG layihəsindəki iştirak payının SOCAR-a satılması ITOCHU-nun strateji prioritetlərindən irəli gəlir və bu qərar şirkətin Azərbaycardan çıxması anlamına gəlmir. Əksinə, bu addım SOCAR-la tərəfdaşlığın yeni mərhələyə keçdiyini göstərir.
Yamada vurğulayıb ki, Azərbaycan ITOCHU üçün investisiya və ticarət baxımından mühüm bazar olaraq qalır və şirkət SOCAR-la həm Azərbaycanda, həm də beynəlxalq bazarlarda yeni biznes imkanlarını birgə dəyərləndirmək niyyətindədir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью