Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Gürcüstanın Dövlət Satınalmaları üzrə Milli Agentliyi 2026-cı ilin fevral ayı üçün hökumət strukturları üçün yanacaq tədarükünə dair müqavilələri dərc edib.
Yeniavaz.com xəbər verir ki, sənədlərə əsasən, fevral ayında 1 litr yanacağın alış qiyməti yanvar ayı ilə müqayisədə təxminən 6-7 tetri azalıb.
Konsolidasiya olunmuş tender çərçivəsində Gürcüstan hökuməti yanacağı əsas neft şirkətlərindən alır. Belə ki, adi yanacaq SOCAR-dan, “Premium” yanacaq “Rompetrol”dan, “Euro Diesel” və “Super” yanacaq isə “Wissol”dan tədarük olunur.
Fevral ayı üzrə yanacağın alış qiymətləri kateqoriyalar üzrə belədir:
Adi benzin (Aİ-92) – 2,17 lari (0,81 dollar), yanvar ayında da qiymət 2,17 lari (0,81 dollar) olub;
“Premium” benzin – 2,18 lari (0,81 dollar), yanvarda 2,35 lari (0,87 dollar);
“Super” benzin – 2,47 lari (0,92 dollar), yanvarda 2,64 lari (0,98 dollar).
Qeyd edək ki, Gürcüstan hökuməti – nazirliklər və dövlət qurumları yanacağı ölkədə fəaliyyət göstərən əsas neft şirkətlərindən konsolidasiya olunmuş tender əsasında alır. Müqaviləyə əsasən, alış qiyməti xüsusi düsturla aylıq yenilənir.
Elnur Əli