SOCAR bu ölkədə 7 milyard dollar yatırmağa hazırlaşır

15.09.2026

Marja.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə 7 milyard dollarlıq genişlənmə planı üzərində işləyir.

Marja xəbər verir ki, bu barədə “Fitch Ratings”in SOCAR-la bağlı yeni qiymətləndirməsində bildirilib.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Məlumata görə, SOCAR 2025-ci ilin əvvəlində Türkiyədə yeni istehsal müəssisələrinin yaradılmasını nəzərdə tutan 7 milyard dollarlıq investisiya planını açıqlayıb. Layihələrin əsas məqsədi Türkiyənin poliolefin idxalından asılılığını azaltmaq və ölkənin bu sahədə rəqabət qabiliyyətini artırmaqdır.

“Fitch Ratings” qeyd edib ki, SOCAR rəhbərliyi layihə üzrə yekun investisiya qərarını 2026-cı ilin sonunadək qəbul etməyi planlaşdırır.

Agentlik potensial layihənin kapital xərclərini və onun SOCAR-ın maliyyə göstəricilərinə mümkün təsirini hələlik öz proqnozlarına daxil etməyib. Buna səbəb layihənin əsas detallarının yekunlaşdırılmamasıdır.

Qeyd edək ki, SOCAR Türkiyədə neft emalı, neft-kimya, təbii qaz və enerji sahələrində iri aktivlərə malikdir.

İş elanları AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью