SOCAR da daha bir dəyişiklik Departament rəhbəri vəzifədən çıxarıldı

14.04.2025

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Dövlət Neft Şirkətinin (SOCAR) İnsan kapitalının inkişafı və funksional təkminləşdirmə departamentinin rəhbəri vəzifədən çıxarılıb.

Hurriyyet.az Banker.az-a istinadla xəbər verir ki, departament rəhbəri Elnur Hüseynov vəzifəsindən ayrılıb. Elnur Hüseynov bu vəzifəyə 2023-cü ilin noyabr ayında təyin olunub.

O, 2011-ci ilin iyunundan SOCAR-da müvafiq sahə üzrə çalışıb. 2020-ci ilin aprelindən İnsan resursları departamentinin direktor müavini olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью