SOCAR da “Yükqaldırma Təlim Poliqonu”nun açılışı olub

30.05.2025

Icma.az, Missiya.az saytına istinadən bildirir.

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən “Neftqaztikinti” Trestinin Zığ tikinti-quraşdırma sahəsində qabaqcıl təcrübələrə uyğun inşa edilmiş “Yükqaldırma Təlim Poliqonu”nun açılışı keçirilib.

Missiya.Az SOCAR-a istinadən xəbər verir ki, şirkətin vitse-prezidenti Ziba Mustafayevanın iştirak etdiyi tədbirdə “Siqnalçı”, “İlməkçi” və “Takelajçı” peşələri üzrə keçiriləcək təlimlərin poliqon ərazisinə baxış keçirilib. Burada istifadə edilən kran əməliyyatları, yükqaldırıcı avadanlıqlar və digər texniki imkanlar barədə məlumat verilib və praktiki təlimlər nümayiş etdirilib.

Tədbir çərçivəsində, həmçinin əməyin mühafizəsi, təhlükəsizlik və insan kapitalının inkişafı sahəsində görülən işlərdən danışılıb, yükqaldırma əməliyyatlarında təhlükəsizliyin artırılması məqsədi daşıyan bu təşəbbüsün əhəmiyyəti vurğulanıb.

Qaldırıcı Avadanlıq Mühəndisləri Assosiasiyası (LEEA) tərəfindən akkreditasiya olunacaq təlimlərdə iştirakçılara beynəlxalq səviyyədə tanınan sertifikatlar təqdim ediləcək.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью