SOCAR dan Sumqayıtdakı partlayışla bağlı açıqlama

20.05.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

20 may 2025-ci il tarixində saat 12:00 radələrində “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda istehsalatın sintez sahəsində, B texnoloji xəttində aşağı təzyiq ayrıcısında reqlamentə uyğun təmir işi apararkən hadisə baş verib.

Axar.az xəbər verir ki, bu barədə APA-ya SOCAR-dan bildirilib.

Məlumata görə, hadisə nəticəsində 5 nəfər xəsarət alıb, 2 nəfər ambulator xidmət göstərilərək eve buraxılıb. Xəsarət alan 3 şəxs xəstəxanaya yerləşdirilib. "Hadisənin başvermə səbəbi araşdırılır", - məlumatda qeyd olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью