SOCAR Green in layihələri sığortalana bilər

30.09.2026

Icma.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC) və Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus "SOCAR Green" MMC bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarını, o cümlədən "yaşıl investisiya"ların cəlb edilməsi və Azərbaycanda layihələrin maliyyələşdirilməsi zamanı risklərin azaldılması üçün sığorta alətlərinin tətbiqi məsələsini müzakirə ediblər.

Nüzakirələr Azərbaycanda səfərdə olmuş korporasiyanın baş direktoru Xalid Xələfalla və "SOCAR Green"in baş direktoru Elmir Musayevin görüşündə baş tutub.

Tərəflər potensial tərəfdaşlıq istiqamətlərini, o cümlədən ICIEC-nin siyasi risklərdən və ödəniş öhdəliklərinin yerinə yetirilməməsi risklərindən sığortalanma alətlərinin tətbiqini nəzərdən keçiriblər. Bu, investisiyaların səfərbər edilməsi, layihə risklərinin azaldılması və banklar tərəfindən "yaşıl layihə"lərin maliyyələşdirilməsi dayanıqlığının artırılmasına imkan verəcək.

ICIEC-dən qeyd ediblər ki, əməkdaşlıq Azərbaycanın bərpa olunan enerjinin inkişaf prioritetlərinə və SOCAR-ın ekoloji strategiyasına uyğundur.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью