SOCAR Gürcüstanda benzinin qiymətini aşağı sala bilər? Müzakirə aparılır

30.01.2026

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Gürcüstanda neft məhsullarının qiymətləri ilə bağlı qərar məsləhətləşmələrdən sonra açıqlanacaq.
Yeniavaz.com
Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə “SOCAR Georgia Petroleum” şirkətinin direktoru Nodar Kançaveli bildirib.
“SOCAR Georgia Petroleum”un direktoru Qiymətlər üzrə Hökumət Komissiyası ilə görüşdən əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, hazırda bu məsələ ilə bağlı yekun qərar yoxdur.
“Bu, məsləhətləşmələrin birinci mərhələsidir. Koordinasiya Komissiyası ilə müzakirələr aparacağıq və daha sonra sizə məlumat verəcəyik”, – deyə Nodar Kançaveli qeyd edib.
Direktor SOCAR-ın neft məhsullarının qiymətlərini endirmək üçün resurslarının olub-olmaması ilə bağlı suala da birbaşa cavab verməyərək, görüşdən sonra daha ətraflı məlumat veriləcəyini vurğulayıb.
Xatırladaq ki, Gürcüstanda Baş nazir İrakli Kobaxidzenin rəhbərliyi ilə yaradılan Məhsul Qiymətləri üzrə Hökumət Koordinasiya Komissiyası yanvarın 20-də ilk iclasını keçirib. Yanvarın 21-də Komissiya yüksək məhsul qiymətləri ilə bağlı supermarket nümayəndələri ilə görüşüb. Yanvarın 23-də distribütorlarla müzakirələr aparılıb.
Bundan əlavə, yanvarın 26-da istehsalçılarla, yanvarın 28-də isə əczaçılıq sektoru nümayəndələri ilə görüşlər keçirilib. Hazırda Komissiya neft məhsulları bazarında fəaliyyət göstərən şirkətlərlə məsləhətləşmələri davam etdirir.
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью