SOCAR ilə “ExxonMobil Corporation” şirkəti arasında Memorandum imzalandı

02.06.2025

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “ExxonMobil Corporation” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Mia.az SOCAR-a istinadən xəbər verir ki, Anlaşma Memorandumunu SOCAR-ın prezidenti Rövşən Nəcəf və “ExxonMobil Corporation” şirkətinin vitse-prezidenti Con Ardil imzalayıblar. Sənəd Azərbaycanın neft-qaz sahəsində birgə əməkdaşlığı nəzərdə tutur.

Qeyd edək ki, “ExxonMobil Corporation” və SOCAR arasında enerji sektorundakı uzunmüddətli tərəfdaşlıq əlaqələri son zamanlar daha da gücləndirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью