SOCAR ilə İtaliya bankı arasında maliyyə vəsaitinin cəlb edilməsinə dair müqavilə imzalanıb AZƏRTAC

13.12.2024

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 13 dekabr, AZƏRTAC

SOCAR-ın vitse-prezidenti Zaur Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın Milan şəhərində səfərdə olub.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində “Intesa Sanpaolo” bankının və onun törəmə şirkəti olan “Vseobecna Uverova” bankının rəhbər heyətləri ilə səmərəli görüşlər keçirilib, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Görüşdə “Intesa Sanpaolo” bankı ilə SOCAR arasında maliyyə vəsaitinin cəlb edilməsinə dair müqavilə imzalanıb.

Eyni zamanda, səfər çərçivəsində SOCAR-ın beynəlxalq maliyyə bazarında tədavüldə olan istiqrazları üzrə İtaliyadan olan mövcud və potensial investorlar ilə görüşlər keçirilib.

Görüşlərdə maliyyə bazarındakı son vəziyyət, SOCAR-ın maliyyə göstəriciləri, reytinqləri və yaşıl enerji sahəsindəki planları ilə bağlı geniş təqdimat edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью