Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AFFA-nın baş sponsoru SOCAR-ın quruma 2024-cü il üçün ayırdığı vəsait açıqlanıb.
Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın Hesabat Konfransında məlumat verilib. SOCAR ötən il üzrə quruma 13 milyon manat vəsait ayırıb.
Bu, AFFA-nın, milli komandaların, AFFA-nın balansında olan stadionların saxlanılması, AFFA-nın tərkibində olan federasiyalar və üzvlərin maliyyələşməsi, uşaq və gənclər futbolunun inkişafı, qızlardan və oğlanlardan ibarət olan müxtəlif yaş qrupları üzrə liqaların təşkili, kütləvi futbolun inkişafı, turnirlərin, beynəlxalq və digər layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulub.