SOCAR ın benzini Ermənistanda belə satılacaq

19.12.2025

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Ermənistanda SOCAR benzininin hansı yanacaqdoldurma məntəqələrində satılacağı məlum olub.

Globalinfo.az xəbər verir ki, Azərbaycan neft məhsulları Ermənistana hakim “Vətəndaş Müqaviləsi” partiyasından deputat olan Xaçatur Sukiasyanın ailəsinə məxsus “MegaTrade” şirkəti tərəfindən idxal edilib.

Şirkətin məlumatına görə, bu idxal Ermənistan və Azərbaycan arasında müvafiq qurumlar arasında əldə olunan razılaşma və müəyyən edilən prosedurlar çərçivəsində həyata keçirilir.

“Məqsəd bazarın diversifikasiyası, rəqabət mühitinin gücləndirilməsi və istehlakçılara daha əlçatan təklif təqdim olunmasıdır. İdxal olunan neft məhsulları “Ran Oil” yanacaqdoldurma şəbəkəsində satışa çıxarılacaq. Bu isə yanacaq qiymətlərinin aşağı düşməsinə və sahədə daha şəffaf qiymət formalaşmasına töhfə verəcək”, – deyə şirkətdən vurğulanıb.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью