SOCAR ın Etilen Polietilen və Polimer Zavodlarının qurğuları dayandırılıb

12.07.2025

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sumqayıt şəhərindəki “Azərikimya” İB-nin Etilen-Polietilen Zavodunun texnoloji rejimində (qaz sərfölçənində) nasazlıq yarandığı üçün Etilen-Polietilen Zavodu və eyni emal zənciri üzərində olan SOCAR Polimer Zavodunun qurğuları dayandırılıb.

Bu barədə Bakıvaxtı.az-a “Azərikimya” İB-dən məlumat verilib.

Bildirilir ki, zavodların məşəllərində yanma və tüstülənmə müşahidə olunur. Zavodların yenidən işə buraxılması istiqamətində hazırlıq işləri görülür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью