SOCAR ın istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

01.10.2026

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Gözlənilən qeyri-sabit və küləkli hava şəraiti ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu barədə BAKU.WS-ə İstehsalat Birliyindən bildirilib.

Bildirilib ki, təhlükəli işlərin icrası məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması məqsədilə qabaqlayıcı tədbirlər görülüb. Bütün tədbirlər əvvəlcədən müəyyən edilmiş təhlükəsizlik prosedurlarına uyğun həyata keçirilir.

Bütün sahələrdə müvafiq maarifləndirmə aparılır və mövcud vəziyyət nəzarətdə saxlanılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью