SOCAR ın kredit reytinqi sabitdir

28.07.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Moody’s” beynəlxalq reytinq agentliyi SOCAR-ın uzunmüddətli kredit reytinqini Baa3 səviyyəsində, proqnozunu isə “stabil” olaraq təsdiq edib. Bununla da SOCAR ötən il əldə etdiyi investisiya oluna bilən kredit reytinqini uğurla qoruyub saxlayıb.

Bu qərar şirkətin uzunmüddətli maliyyə siyasətinin və intizamının, davamlı inkişaf istiqamətində həyata keçirdiyi tədbirlərin beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyini göstərir.

“Moody’s” qiymətləndirməsində SOCAR-ın Azərbaycan iqtisadiyyatı və enerji sektorunda strateji rolu, inteqrasiya olunmuş fəaliyyət modeli, sağlam maliyyə göstəriciləri və güclü kredit metrikləri reytinqi dəstəkləyən əsas amillər kimi qeyd edilib.

Qeyd edək ki, mürəkkəb xarici mühitə baxmayaraq, SOCAR-ın investisiya oluna bilən kredit reytinqinin təsdiqlənməsi şirkətin dayanıqlı maliyyə vəziyyətini, risklərin effektiv idarə olunmasını və uzunmüddətli inkişaf potensialını bir daha nümayiş etdirir. İnvestisiya oluna bilən kredit reytinqinin qorunub saxlanılması beynəlxalq kapital bazarlarında investor etimadının möhkəmlənməsinə, maliyyə institutları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinə və şirkətin maliyyələşmə imkanlarının genişlənməsinə töhfə verən mühüm amillərdəndir.

Bununla yanaşı, SOCAR digər beynəlxalq kredit reytinq agentlikləri tərəfindən də yüksək səviyyədə qiymətləndirilən şirkətlər sırasındadır. Hazırda şirkət “Fitch Ratings” tərəfindən BBB- (stabil) və "S&P Global Ratings" tərəfindən BB (pozitiv) uzunmüddətli kredit reytinqinə malikdir.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью