SOCAR ın prezidenti “Arthur D. Little şirkətinin qlobal rəhbəri ilə görüşüb

19.08.2025

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AzVision.az xəbər verir ki, görüşdə SOCAR-ın enerji sektoru üzrə çoxşaxəli fəaliyyət istiqamətləri, Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi strateji layihələr barədə məlumat verilib. Enerji sənayesində innovativ idarəetmə modelləri, əməliyyatların optimallaşdırılması və rəqabət qabiliyyətinin artırılması sahəsində müxtəlif təcrübələr nəzərdən keçirilib.

Söhbət zamanı tərəflər enerji keçidi, rəqəmsallaşma, sənayedə süni intellekt texnologiyalarının tətbiqi, bərpaolunan enerji mənbələrinin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью