SOCAR ın prezidenti Sloveniyanın “Petrol d.d.” və “Geoplin d.o.o.” şirkətlərinin rəhbərləri ilə görüşüb

06.02.2025

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

SOCAR-ın prezidenti Rövşən Nəcəf Sloveniyanın  “Petrol d.d.” şirkətinin İdarə Heyətinin sədri Saso Berger və “Geoplin d.o.o.” şirkətinin baş icraçı direktoru Simon Urbankl ilə görüşüb.

Şirkətdən XQ-ə verilən məlumata görə, görüşdə SOCAR ilə “Petrol d.d.” və “Geoplin d.o.o.” şirkətləri arasında mövcud əməkdaşlıqdan məmnunluq ifadə edilib. 

Tərəflər enerji sektorunun müxtəlif istiqamətləri üzrə əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə edib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью