Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır. 7 mart 2025-ci il tarixində "SOCAR Tower"də SOCAR-ın "yaşıl istiqraz"larının Bakı Fo
Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Məlumata görə, tədbirdə Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşah
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlə
Daha sonra SOCAR istiqrazlarına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə edilən çıxışlarda dünya miqyasında bərpa olunan enerjiyə artan tələbat və ekoloji məsələlərə həssas yanaşmanın daha da yüksəlməsi fonunda Azərbaycanın strateji hədəflərindən, bu istiqamətdə ölkəmizin atdığı addımlardan bəhs olunub.
SOCAR-ın strateji hədəfləri çərçivəsində bərpa olunan enerji sahəsində reallaşdırılan və nəzərdə tutulan layihələr barədə məlumat verilib, bu xüsusda, "yaşıl istiqrazlar"ın SOCAR-ın dayanıqlı inkişaf hədəflərinə uyğun şəkildə daxili kapital bazarlarına qazandırdığı yenilik və səmərəlilik xüsusilə vurğulanıb.
Bununla yanaşı, 2016-cı ildən buraxılmağa başlanan SOCAR İstiqrazlarının yerli kapital bazarlarında formalaşdırdığı müsbət dinamika, investorların uzunmüddətli inam və marağının qazanılması, eləcə də bu istiqrazların son illər ərzində yaratdığı iqtisadi dəyər xüsusi qeyd edilib.
SOCAR-ın "yaşıl istiqraz"larının bazara çıxarılmasının ekoloji cəhətdən daha dayanıqlı investisiya alətlərinin genişlənməsi baxımından strateji əhəmiyyət kəsb etdiyi və yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirildiyi diqqətə çatdırılıb.